Gələn ilədək bütün küçələrə ünvan lövhələri vurulacaq
Bizi izləyin

Qırmızı.az

Gələn ilədək bütün küçələrə ünvan lövhələri vurulacaq

Əmlak Məsələləri Dövlət Komitəsi Dünya Bankı ilə imzaladığı sazişə əsasən daşınmaz əmlakın qeydiyyatı layihəsinə start verib. Layihə çərçivəsində ünvan reyestrinin aparılması və elektron ünvan kadastrlarının hazırlanmasına başlanılıb.

Bu barədə Publika.az-a xəbər verən “Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi Dünya Bankı ilə imzaladığı sazişin icrasına başlayıb: “Layihə çərçivəsində ünvanların dəyişdirilməsi, küçələrə yeni ünvan lövhələrin vurulması həyata keçirilir. Artıq Bakı daxilində bütün işlər tamamlanıb. Həmin proqram qarşıdakı dövrdə, 2016-cı ilə qədər başa çatdırılacaq. Ünvanların verilmədiyi ərazilərdə yeni elektron kadastrı proqramı işlənib hazırlanacaq”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm