Bakıda ər arvadını bıçaqlayıb qaçdı
Bizi izləyin

Qırmızı.az

Bakıda ər arvadını bıçaqlayıb qaçdı

Bakıda 62 yaşlı qadın bıçaqlanıb. Suraxanı Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, hadisə rayonun Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsi-31A ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan 1953-cü il təvəllüdlü Sadıqova Tamara Məhəmməd qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı Suraxanı RPİ və 31-ci Polis Bölməsinə məlumat verilib. İlkin ehtimala görə, T.Sadıqova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Arvadını bıçaqlayan ərin tutularaq məsuliyyətə cəlb oluması istiqamətində axtarışlar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm