Dəmiryol vağzalında qan gölü: 33 ölü, 143 yaralı - VİDEO, FOTO
Bizi izləyin

Qırmızı.az

Dəmiryol vağzalında qan gölü: 33 ölü, 143 yaralı - VİDEO, FOTO

Çinin cənub-qərbindəki Yunnan vilayətinin inzibati mərkəzi olan Kunmin şəhərinin dəmiryol vağzalındakı faciə ilə bağlı təfərrüatlar bəlli olub.

Qanlı olayda 33 nəfər həlak olub, 143 nəfər yaralanıb.


Milli.Az Xinhua-ya istinadən bildirir ki, yerli hakimiyyət dairələri faciənin baş verdiyi stansiya ilə yanaşı, dəmiryolunun bir hissəsini qapadıblar. Olay terror aktı sayılıb. Polis hücumda şübhəli bilinən bir neçə nəfəri saxlayıb.

Yaralıların hamısı bıçaqlanıblar. Onların bir neçəsinin vəziyyəti ağırdır.


Polisdən verilən məlumata görə, vağzala hücum edənlərin uyğur olduqları güman edilir. Vağzalda polis hücum edən 4 nəfəri güllələyib. Teraktda 10 nəfərin iştirak etdiyi bildirilib.


Şənbə günü yaşanmış qanlı olayda bıçaqla silahlanmış şəxslər kassaların qarşısında gözləyən insanlara hücum edərək onları bıçaqlamağa başlayıblar.


Çinin lideri Si Szinlin insidentin tam araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib.

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzü Men Szyançju olay yerindədir.


Son məlumatlara görə, dəmiryol vağzalına hücum edənlər arasında iki qadın vardı. Həmin qadınlardan biri güllələnib, digəri isə yaralı vəziyyətdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm