Sabah Bakıda 15 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah Bakıda 15 dərəcə isti olacaq

Sabah külək səngiyəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə havanın ciskinli olacağı, gecəyə doğru yağış yağacağı proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 23-də bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm