Ev tikənlərə Milli Məclisdən xəbər var
Bizi izləyin

Qırmızı.az

Ev tikənlərə Milli Məclisdən xəbər var

Milli Məclisin deputatı Çingiz Qənizadə parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin müzakirəsi zamanı qanunvericilik təşəbbüsünə görə ölkə prezidentinə təşəkkür edib.

Publika.az-ın məlumatına görə, deputat bildirib ki, tikinti üçün müraciətlərə vaxtında cavab verilməsi öhdəliyi qoyulmalıdır: “Çünki bu, bürokratik əngəlləri aradan qaldırmaq məqsədi daşıyır. Əks təqdirdə, bir yetimin evinin tikintisi üçün razılıq 6 ay uzadıla bilər”.

Millət vəkili Adil Əliyev də bu təklifi müdafiə edib: “Hər hansı vətəndaş daşı daş üstə qoyan kimi, onlarla təşkilat nümayəndəsi əlində bir “papka” gəlib vətəndaşın tikintisini saxlayır, insanların heysiyatı ilə oynayırlar. Bu kimi özbaşınalıqlara qarşı da addımlar atılsaydı, biz çox rahat olardıq”.

Komitə sədri Əli Hüseynli isə 3 aylıq müraciətə cavabın 1 aya endirilməsi barədə təklifi müdafiə edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm