Bakının mərkəzində insan sümükləri tapıldı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakının mərkəzində insan sümükləri tapıldı - VİDEO

Bəzi qurumlar vaxtlı-vaxtında təmir işləri apararaq işlərini möhkəm tutmağa üstünlük verir. Paytaxtın mərkəzində aparılan növbəti belə təmir işləri zamanı fəhlələr bir müddətlik əl saxlamalı olublar. Səbəb isə aşkar edilən tapıntı olub.

ANS TV-nin məlumatına görə, Bakının Səbayel rayonu, Nizami küçəsində (“Torqovı”) su xəttinin təmir işləri zamanı qəribə bir tapıntıya rast gəlinib.

Belə ki, işlərin qızğın çağında tapılan bir neçə sümük fəhlələri şoka salıb. Həmin sümüklərin isə insana məxsus olduğu ehtimal edilir. Sakinlər bildirir ki, bu tapıntını ilk olaraq onlar müşahidə edib.

“Bura yaxın bir ərazidə yaşayırıq, suyumuz gəlmirdi. Suyun gəlməməsilə maraqlandıq ki, niyə gəlmir? Gələndə gördük ki, ərazidə qazıntı işləri aparılır. Qazıntı gedən yerə baxanda orada insan sümüklərini gördüm. Ərazidə təmir işlərini həyata keçirənlərdən bu barədə nə üçün aidiyyəti qurumlara məlumat vermədiklərini soruşdum”, - deyə sakin Arif Mustafayev bildirib.

Təmir işləri aparanlar isə bu sümüklərin insana məxsus olduğunu ehtimal etməyiblər. Buna görə də əraziyə ilk olaraq polis əməkdaşları gəlib.

Daha sonra sümüklərin hansı canlıya məxsus oduğunu müəyyən etmək üçün ərazidə ekspertlər iş aparmağa başlayıb.

Hazırda təmir aparılan hissədə insan sümüklərinə bənzər hissələr tapılıb. Həmin sümüklər əraziyə çağırılmış ekspertlər qrupu tərəfindən yığılaraq laboratoriyaya aparılıb.

Səbayel Rayon Prokurorluğundan bildirilib ki, hələlik sümüklərin bir neçə insana məxsus olması ehtimal edilir.

Bunu dəqiqləşdirmək üçün araşdırma işləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm