“Sovetski” sakinləri ilə görüş keçirilir
Bizi izləyin

Qırmızı.az

“Sovetski” sakinləri ilə görüş keçirilir

“Sovetski” sakinləri yenidən aksiya keçirir- Yenilənir+Fotolar

Hadisə yerinə polis qüvvələri cəlb olunub.

Hazırda Yasamal Rayon İcra Hakimiyyətində Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı 7 nəfərlik Təşkilat Komitəsinin üzvləri ilə görüş başlayıb.

Görüşdə baş nazirin müavini Abid Şərifov, Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və digər rəsmilər iştirak edirlər.

Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazıdırlar. Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib, sakinlər isə 4 min manat verilməsini istəyirlər.

Fevralın 18-də sakinlərlə baş nazirin müavini, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının görüşü keçirilib.

Görüşdə Təşkilat Komitəsi tərəfindən hökumətə 9 təklif təqdim edilib. Sakinlərin təkliflərinə hökumət tərəfindən martın 3-də cavab veriləcəyi bildirilib.

Qaynar.info

Oxumağa davam et
Reklam
Reklam

Gündəm