Qırmızı.az
Zakir Həsənov türk generalla görüşdü - FOTOLAR
Aprelin 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunları Qərargahının rəisi, korpus generalı İhsan Uyarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Türkiyə
Silahlı Qüvvələrinin general və admirallarından ibarət nümayəndə
heyətini salamlayan müdafiə naziri ölkələrimiz arasında hərbi
texniki, hərbi təhsil əməkdaşlığının dostluq və qardaşlıq
münasibətləri üzərində qurulduğunu qeyd edib.
Müxtəlif istiqamətlərə cavabdeh olan heyətin belə geniş tərkibdə,
qarşılıqlı səfərləri və əlaqəli fəaliyyətlərinin əməkdaşlığımıza
töhfə verməsi görüşdə xüsusi vurğulanıb.
İşğal edilmiş torpaqlarımızın azad edilməsinin nəinki
Azərbaycan, həmçinin region üçün də əhəmiyyətli olduğunu bildirən
müdafiə naziri xalqımızın işğal faktı ilə barışmayacağını bir daha
bəyan edib.
Müxtəlif qoşun növlərinin iştirakı ilə Azərbaycanda və sonra Türkiyədə keçirilən birgə təlimlərin vacibliyini vurğulayan müdafiə naziri hərbi sahədə qazanılan uğurlara və dəstəyə görə hər iki dövlət başçısına minnətdarlığını ifadə edib.
"Qardaş xalqlarımızın məqsədi regionda sülhə və əmin-amanlığa nail
olmaq, bir-birimizə dəstək durmaqdır. Bizim sevincimiz, gücümüz və
inkişafımız birliyimizdədir. Təhlükəsizliyimizin qarantı olan
Silahlı Qüvvələrimiz daim əlaqələri gücləndirməklə ümumi
düşmənimizə qarşı birgə fəaliyyət göstərməlidir", - deyə
general-polkovnik Z.Həsənov bildirib.
Qonaqlar Azərbaycana səfərdən məmnun qaldıqlarını bildirərək
qarşılıqlı hərbi münasibətlərin möhkəmləndirilməsində bu cür
görüşlərin əhəmiyyətini bir daha qeyd ediblər.
Görüşdə Quru Qoşunlarının may ayında Bakı və
Naxçıvanda, sentyabr ayında isə Hərbi Hava Qüvvələrinin silah və
texnikasının iştirakı ilə ölkəmizdə birgə hərbi təlimlərin
keçirilməsi, o cümlədən ikitərəfli və regional əməkdaşlıq
məsələləri müzakirə olunub.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də görüşdə iştirak edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR