Nazim Məcidov: “Əcnəbilər Azərbaycanı gec tanımalarına təəssüflənəcəklər”
Bizi izləyin

Qırmızı.az

Nazim Məcidov: “Əcnəbilər Azərbaycanı gec tanımalarına təəssüflənəcəklər”

“Bütün dünya ev sahibliyi etdiyimiz Bakı 2015 I Avropa Oyunlarında iştirak etməklə həm də Azərbaycan xalqının gözəlliyini, qonaqpərvərliyini, mədəniyyətini, mətbəxini tanıyacaq. Burada söhbət təkcə ölkəmizin bu gün gördüyünüz küçələrinin, yollarının, bulvarlarının gözəlliyindən getmir. Azərbaycan xalqının mədəniyyətini və qonaqpərvərliyini görən əcnəbilər heyifsilənəcəklər ki, Azərbaycanı gec tanıyıblar”.

Bu sözləri Publika.az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. O qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı bundan artıq qazanc gözləyə bilməz. N. Məcidovun sözlərinə görə, bizim bu oyunlardan ən böyük qazancımız ancaq bizim imicimiz, adımız, bir millət, xalq kimi dünyanın ən gözəl xalqlarından biri olmağımızdır.

N. Məcidov həmçinin qeyd edib ki, oyunlarda da məmnuniyyətlə iştirak edəcək: “Mənim çox böyük arzum var ki, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edim. Oyunların açılışına da, bağlanışına da bilet almışam. Bundan başqa bəzi idman növləri var ki, mən onları çox sevirəm. Özüm də bir vaxtlar üzgüçülüklə məşğul olmuşam. Güləş idman növü bizim qədim milli idman növüdür. Çalışacağam ki, bu oyunlarda tamaşaçı kimi iştirak edə bilim”.

Dövlət məmuru olduğunu deyən N. Məcidovun sözlərinə görə, vəzifəsi dövlət səviyyəsində gələn qonaqları qəbul edib yola salmaq olduğundan, vaxt imkan versə, mütləq digər yarışlarda da iştirak edəcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm