Qırmızı.az
Nazirlik çaylardakı son vəziyyəti açıqladı
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Publika.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti
məlumat yayıb
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm
artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 493 m3/s olmaqla
ongünlük normanın 68 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm
475 m3/s olmaqla ongünlük normanın 66 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm
azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 159 m3/s
olmaqla, ongünlük normanın 80 faizini təşkil edir. 2014-cü ildə isə
bu göstərici 141 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə
bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə
olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 41, Şirvanda 32,
Salyanda 27, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 15
sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 355 sm, Şirvanda 289 sm, Salyanda 220 sm, Bankədə 203 sm, Araz çayının Novruzlu məntəqəsində isə 110 sm təşkil edir.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı