Heydər Əliyev prospekti I Avropa Oyunlarının açılış günü bağlanacaq
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyev prospekti I Avropa Oyunlarının açılış günü bağlanacaq

Heydər Əliyev prospekti I Avropa Oyunlarının açılış günü yarım günlük bağlanacaq.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat Departamentinin əməkdaşı Vüsal Rəcəbli bildirib.

Onun sözlərinə görə, həmin yolun bağlı olduğu müddətdə sürücülərə alternativ yollardan istifadə üçün şərait yaradılacaq:

“Heydər Əliyev prospekti I Avropa Oyunlarının açılışı günü - 12 iyunda axşam saat 16:00-dan gecə 02:00-a kimi yarım günlük bağlanacaq. Bundan başqa, heç bir mərkəzi yolun, heç bir küçənin bağlanması nəzərdə tutulmur. Sadəcə, Babək, Nobel və Ziya Bünyadov prospektləri təmizlənəcək və şərait yaradılacaq ki, əhali açılış günü yarım gün bağlı olan yola alternativ olaraq digər yollardan istifadə edə bilsin”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm