Prezident Az TV-də kadr dəyişikliyi etdi
Bizi izləyin

Qırmızı.az

Prezident Az TV-də kadr dəyişikliyi etdi

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, "Azərbaycan Televiziya və Radio Verilişləri" Səhmdar Cəmiyyəti sədrinin radio üzrə müavini Cavanşir Cahangirov, eləcə də sədrin televiziya üzrə müavini Faiq Hüsiyev vəzifələrindən kənarlaşdırılıblar.

Bu barədə Publika.az-a ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Sərəncamla AzTV, "Mədəniyyət" və "İdman Azərbaycan" televiziyalarının baş direktoru Elsevər Dünyamalıyev sədrin radio məsələləri üzrə müavini, Rəşad Nəsirov isə televiziya məsələləri üzrə müavini təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm