• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qələbənin 70-ci ildönümü münasibətilə FHN Akademiyasında tədbir keçirilib

Qələbənin 70-ci ildönümü münasibətilə FHN Akademiyasında tədbir keçirilib

Faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə mayın 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının və nazirlik işçiləri həmkarlar ittifaqının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin təhsil müəssisəsinin həyətində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Sonra akt zalında Akademiyanın müəllim, magistrant və kursant heyəti ilə Böyük Vətən müharibəsi veteranlarının görüşü keçirilib.

Görüşdə Böyük Vətən müharibəsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov müharibə veteranlarını Qələbə münasibətilə təbrik edib. O bildirib ki, faşizm üzərində Qələbədə Böyük Vətən müharibəsi veteranlarının misilsiz xidmətləri var. O, Qələbənin qazanılmasında rəşadət göstərmiş cəsur döyüşçülərimizin şücaətlərindən danışıb, onların keçdiyi ömür yolunun gənclərimiz üçün örnək olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkəmizdə ön və arxa cəbhə veteranları, onların ailələri bu gün dövlətimizin başçısı tərəfindən yüksək qayğı və diqqətlə əhatə olunublar.

Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov, idarə rəisi Mehrac Əliyev və Akademiyanın humanitar fənlər kafedrasının dosenti Füzuli İbrahimzadə azərbaycanlıların İkinci Dünya müharibəsində göstərdikləri sücaətlərdən və Qələbənin tarixi əhəmiyyətindən danışıblar.

Görüşdə iştirak edən müharibə veteranları İldırım İmanov, Məmməd Mustafayev və Fərhad Qurbanov göstərilən xüsusi qayğı və diqqətə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildiriblər. Veteranlar, həmçinin döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində bundan sonra da fəal iştirak edəcəklərini bildiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR