Qırmızı.az
"Fəryad"dakı baş qəhrəmanın prototipi vəfat etdi
Azərbaycanın Qarabağ müharibəsindən bəhs edən məşhur "Fəryad" filmindəki baş qəhrəmanın prototipi, keçmiş döyüşçü Mehman Hüseynov ötən gecə öz evində ürək çatışmazlığından dünyasını dəyişib.
Bu barədə Modern.az saytına mərhumun döyüşçü dostları məlumat veriblər.
Qarabağ müharibəsinin qazisi Mehman Hüseynov Milli Ordumuzun ilk hərbi hissələrindən birində - Şıx batalyonda döyüşə yollanan birinci könüllülərdən olub. O, adı çəkilən batalyonda tağım komandiri olub.
1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, o zaman hərbçilərimizin silah-sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, onun özü isə yaralı vəziyyətdə düşmənə əsir düşüb.
Mehman Hüseynovun döyüş yolu və əsir düşdüyü epizodlar sonralar istedadlı rejissor Ceyhum Mirzəyevin ekranlaşdırdığı "Fəryad" filminə salınıb, o, bu ekran əsərinin baş qəhrəmanının prototipi olub.
Keçmiş döyüşçü Nazim Bayramın bildirdiyinə görə, Mehman Hüseynov Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tənha həyat sürürmüş. Elə ötən gecə tənha yaşadığı mənzilində də vəfat edib. Onun meyitini dostları aşkar ediblər. Belə ki, Qarabağ qazisinin telefon zənglərinə cavab vermədiyini görən dostları polislə onun evinə gəliblər, qapını sındırıb, mənzilə daxil olublar. Məlum olub ki, müharibənin od-alovundan keçmiş qazi Mehman Hüseynov tənha yaşadığı mənzilində keçinib...
Allah rəhmət eləsin!
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR