Gənc müəllimlər üçün iş təklifi
Bizi izləyin

Qırmızı.az

Gənc müəllimlər üçün iş təklifi

Azərbaycan Dövlət İqtisad Universitetində “Gənc müəllimlər” layihəsinə start verilib.

Universitetdən Publika.az-a verilən məlumata görə, layihənin həyata keçirilməsində məqsəd özünə inanan, tələbələrlə işləməyə həvəs göstərən və gələcəyini pedaqoji fəaliyyətdə görən ünsiyyətcil gəncləri Azərbaycan Dövlət İqtisad Universitetinə cəlb etməkdir.

Yaşı 30-a qədər olan magistr təhsilli gənclər layihədə iştirak etmək üçün sənəd təqdim edə bilər. Xarici dil bilikləri olanlara üstünlük veriləcək.

Tələblərə cavab verən namizədlər mövcud qanunvericiliyə uyğun olaraq ADİU-da işə qəbul ediləcəklər.

Layihədə iştirak etmək istəyənlər CV-lərini iyunun 18-dək [email protected] ünvanına göndərə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm