Adsız QƏHRƏMANLAR – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Adsız QƏHRƏMANLAR – FOTOLAR

Onlar qəhrəmanlardır. Adsız qəhrəmanlar.

Onları heç kim tanımır. Onları heç kim tanımayacaq da. Heç onlar özləri də heç kimi tanımırdılar. Sadəcə bilirdilər ki, bunu etmək lazımdır. Yanğında çarəsiz qalan, hər dəqiqə ölmək təhlükəsi ilə üz-üzə olan insanları həyatları bahasına olsa belə, alovun cəngindən qurtarmaq.

Yəqin ki, illər keçəcək, bizlər Bakının tarixinə yanan binanın tüstüsü kimi qara hərflərlə yazılacaq bu faciənin ağrı-acısını da unudacağıq. Bizlər unudacağıq... Həyatın hökmü belədir!

Amma nə həmin binanın odu-alovu içindən sağ çıxarılan insanlar, nə də həmin insanları xilas etmək üçün həyatlarını təhlükə altına atan, qadınların, körpələrin sağ qalması üçün qapqara tüstünü ciyərlərinə çəkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları unutmayacaqlar.

Lakin... Onlar bir-birini tanımayacaqlar. Nə xilas edənlər, nə də xilas olunanlar. Küçədə bir-biri ilə rastlaşanda da tanımayacaqlar. Başqasının həyatını xilas etmək üçün öz həyatını təhlükəyə atanlar yaddaşda ancaq qəhrəman kimi qalacaqlar.

Adsız QƏHRƏMAN kimi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm