İlyas Umaxanov: “Bu, Azərbaycanda kifayət qədər böyük rəqəmdir”
Bizi izləyin

Qırmızı.az

İlyas Umaxanov: “Bu, Azərbaycanda kifayət qədər böyük rəqəmdir”

“Azərbaycanda Rusiya vətəndaşlarının yaşaması və işləməsi üçün kifayət qədər rahat mühit mövcuddur”.

Publika.az xəbər verir ki, bu barədə “vestikavkaza.ru” saytına müsahibəsində Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov bildirib.

“Müasir Azərbaycanın nailiyyətlərindən biri olan sosial inkişafın cazibədar modelinin yaradılması nəticəsində müxtəlif xalqların nümayəndələri yalnız stabil olaraq bir yerdə yaşamırlar, həm də irəliləmə və çiçəklənmə üçün yaxşı motivasiya alırlar”, - Federasiya Şurasının sədr müavini deyib.

İlyas Umaxanov vurğulayıb ki, hazırda Rusiya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətlə inkişaf edir. O, 2013-cü ildə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsinin 2,5 milyard dollar olduğu halda, 2014-cü ildə bunun 3 milyard təşkil etdiyini bildirib.

Azərbaycan və Rusiya arasında humanitar sahədə də sıx əməkdaşlığın qurulduğunu deyən Umaxanov Azərbaycanda rus dilinə böyük diqqət göstərildiyini vurğulayıb. Federasiya Şursının sədr müavini Azərbaycanda 82 min insanın rus dilini öyrəndiyini və bunun kifayət qədər yüksək rəqəm olduğunu dilə gətirib.

O, SSRİ-in dağılmasından sonra Azərbaycanda heç bir rus məktəbinin bağlanmadığını xatırladıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm