Hansı çimərliklər təhlükəlidir? - Monitorinq aparılır
Bizi izləyin

Qırmızı.az

Hansı çimərliklər təhlükəlidir? - Monitorinq aparılır

Çimərlik mövsümünə hazırlıqla əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi su nümunələrinin monitorinqinə başlayıb.

Mərkəzin şöbə müdiri Ziyəddin Kazımovun Publika.az-a verdiyi məlumata görə, Abşeron yarımadasındakı bütün qanuni çimərliklərdən su nümunələri götürülüb:

“Artıq nümunələr laboratoriyalara göndərilib. Monitorinqlər əsasən dəniz suyunda kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin və bağırsaq çöplərinin olub-olmadığını müəyənləşdirmək məqsədi ilə aparılır. Yaxın zamanda laboratoriya nəticələri açıqlanacaq. Bununla da vətəndaşlar çimərlik mövsümü başlayanda hansı ərazilərin təhlükəli olması ilə bağlı məlumatlı olacaq”.

Z.Kazımov onu da bildirib ki, çimərliklərdə monitorinqlər sentyabrın 15-nə qədər davam etdiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm