Hava yağmurlu olacaq
Bizi izləyin

Qırmızı.az

Hava yağmurlu olacaq

Martın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.


Bölgələrdə də sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin gecəyə doğru bəzi şimal rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 14-19, bəzi yerlərdə 22 dərəcəyədək isti, dağlarda gecə 3-8, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcəyədək isti olacağı gözlənilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm