Qırmızı.az
Bakıya gələn avtomobillərin saxlanılacağı ÜNVANLAR
"İlk Avropa Oyunlarının keçiriləcəyi dövrdə rayonlardan gələn avtomobillərin Bakı şəhərinə daxil olmasına qadağa qoyulmayıb, sadəcə istiqamət dəyişdirilib".
Bu barədə "Report"a Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən (BŞBDYPİ) məlumat verilib.
BŞBDYPİ bildirib ki, paytaxt ərazisində sıxlığın və tıxacların
yaranmaması üçün iyunun 1-dən şəhərin giriş qapılarında
istiqamətlər dəyişdiriləcək: "Birinci Avropa Oyunları
iştirakçılarının, idmançıların və sakinlərin təhlükəsizliyinin
təmin olunması məqsədi ilə bölgələrdən gələn sürücülərin
avtomobillərini saxlamaları üçün şəhərin giriş istiqamətlərində
şərait yaradılıb. Bakı-Sumqayıt yolundan istifadə edənlərə Ər-Riyad
ticarət mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə
Müşfiq postunun yaxınlığında, Bakı-Kürdəmir və Bakı-Astara
istiqamətlərindən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də
sahə ayrılıb, hər cür şərait yaradılıb. Ümumilikdə 8 hektar ərazi
ayrılıb. Avtomobillər həmin ərazilərdə nəzarət olunmaqla park
olunacaq və ayrılmış ekspress avtobuslar və marşrutlar vasitəsi ilə
hər kəs şəhərə daxil ola biləcək".
Məlumatda qeyd olunub ki, Sumqayıt istiqamətindən hər gün Bakıya 60 min insan gəlir: "Sumqayıtdan və digər istiqamətlərdən Bakıya daxil olan insanların daşınması və mənzil başına çatdırılması üçün görülən tədbirlər artıq yekunlaşıb".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR