TQDK sədri: "Bakıda imtahanları iyunun 7-nə qədər bitirməliyik"
Bizi izləyin

Qırmızı.az

TQDK sədri: "Bakıda imtahanları iyunun 7-nə qədər bitirməliyik"

Bu il ölkədə keçirilən imtahanların qrafiki Birinci Avropa Oyunlarına uyğun olaraq müəyyən edilib.

Publika.az xəbər verir ki, bu haqda TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa Oyunlarının keçirilməsi iki il əvvəldən məlum olduğundan imtahan tarixləri də həmin oyunlara uyğun hazırlanıb.

“Bakıda bütün imtahanları iyunun 7-nə qədər bitirməliyik. Həmçinin Bakıərtafı ərazilər və Avropa Oyunlarının keçiriləcəyi rayonlarda imtahanlar yarışmadan əvvəlki tarixə salınıb. Bəzi rayonlarda imtahanlar Avropa Oyunları ərəfəsinə düşəcək. Bu, əsasən, Aran rayonlarında olacaq ki, həmin bölgələrdə oyunlar keçirilməyəcək. Lakin biz Avropa Oyunlarına görə imtahanları təxirə sala bilmərik. İmtahan da respublika əhəmiyyətli bir prosesdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm