Gəncədə qədim abidələr tapıldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gəncədə qədim abidələr tapıldı - FOTOLAR

Mayın sonlarında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupunun Gəncə şəhəri və ətraf ərazilərdə apardığı arxeoloji kəşfiyyat nəticəsində yeni arxeoloji abidələrin mövcud olması müəyyən olunub.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, şəhər ərazisində yeni aşkar edilmiş arxeoloji abidələr əsasən, kurqan tipli qəbir abidələrindən ibarətdir.

Ekspedisiya tərəfindən Gəncə aeroportu yolundan başlayaraq “Yeni Səbzikar” adlanan qəbiristanlığa qədər və şəhər girişindən Göygöl rayonunun inzibati sərhədlərinə qədər olan ərazilərdə aşkar edilmiş 62 (altmış iki) kurqan tipli qəbir abidələri qeydiyyata alınıb və xəritəyə salınıb.

Kurqan tipli qəbir abidələrinin Tunc dövrünə aid edilməsi ehtimal olunur. Ekspedisiya tərəfindən aşkarlanmış və elmi dövriyyəyə “Gəncə kurqanları” kimi daxil edilmiş abidələr əsasən daş örtüklü olub, müxtəlif ölçülərə malikdirlər. Hər bir kurqanın ölçüləri, cari vəziyyəti və lokallaşma ərazisi haqqında qeydlər aparılıb.

Ekspedisiya üzvlərinin yekdil rəyinə görə, bu abidələrin əsaslı öyrənilməsi məqsədilə gələcəkdə geniş miqyaslı arxeoloji qazıntıların aparılması zəruridir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm