Şəmkirdə avtomobil oğrusu saxlanılıb
Bizi izləyin

Qırmızı.az

Şəmkirdə avtomobil oğrusu saxlanılıb

Publika.az Kəpəz TV-yə istinadən məlumat verir ki, Şəmkir polisi avtomobil oğurluğu ilə məşğul olan rayon sakini 47 yaşlı Bəxtiyar Əliyevi saxlayıb. B.Əliyev bir neçə gün əvvəl Şəmkir sakini Vəli Paşayevə məxsus "VAZ 2107" markalı avtomobili qaçırmaqda şü

Publika.az Kəpəz TV-yə istinadən məlumat verir ki, Şəmkir polisi avtomobil oğurluğu ilə məşğul olan rayon sakini 47 yaşlı Bəxtiyar Əliyevi saxlayıb. B.Əliyev bir neçə gün əvvəl Şəmkir sakini Vəli Paşayevə məxsus "VAZ 2107" markalı avtomobili qaçırmaqda şübhəli bilinir.

04.03.2014-cü il tarixdə Şəmkir rayon mərkəzi bazarının qarşısından rayon sakini V.Paşayevə məxsus "VAZ 2107" markalı "57 BH 420" dövlət nömrə nişanlı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Dərhal keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobilin Çinarlı qəsəbəsində yaşayan 1967-ci il təvəllüdlü B.Əliyev tərəfindən qaçırılması müəyyən edilib və həmin şəxs avtomobillə birlikdə saxlanılıb.

B.Əliyev polisə verdiyi ifadəsində hadisəni sərxoş halda törətdiyini deyib. O bildirib ki, yaşadığı ünvana getmək üçün pulu olmadığından bu yola əl atıb.

Avtomobil oğrusunun nə qədər səmimi olub-olmamasına Şəmkir polisi hüquqi qiymət verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm