Qırmızı.az
Bu gün ilk buraxılış imatahanı keçirilir
Bu gün Bakıda yerləşən orta məktəblərin buraxılış sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir.
Publika.az xəbər verir ki, həmçinin Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də bu gün imtahan verəcəklər.
IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlayır.
Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 76 imtahan mərkəzi yaradılıb. Bakı şəhərində 31490 (Nərimanov rayonunda 2403, Səbail rayonunda 1641, Yasamal rayonunda 2754, Nəsimi rayonunda 2245, Nizami rayonunda 2521, Binəqədi rayonunda 3855, Sabunçu rayonunda 4503, Xətai rayonunda 3708, Suraxanı rayonunda 2878, Xəzər rayonunda 2750, Qaradağ rayonunda 2043 nəfər, Pirallahı rayonunda 189) şagirdin imtahanda iştirakı nəzərdə tutulur.
Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 71 imtahan mərkəzi yaradılıb.
Bakı şəhərində 24408 (Nərimanov rayonunda 2050, Səbail rayonunda 1524, Yasamal rayonunda 2337, Nəsimi rayonunda 1706, Nizami rayonunda 2189, Binəqədi rayonunda 3169, Sabunçu rayonunda 2753, Xətai rayonunda 3214, Suraxanı rayonunda 2107, Xəzər rayonunda 1846, Qaradağ rayonunda 1383 nəfər, Pirallahı rayonunda 130) şagirdin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün 211 imtahan rəhbəri, 2786 nəzarətçi-müəllim ayrılıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR