Qırmızı.az
Azərbaycan və Əfqanıstan "elektron hökumət"in qurulmasını müzakirə ediblər
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan və Əfqanıstan arasında İKT sahəsində əməkdaşlıq üzrə işçi qrupunun 3-cü iclası keçirilib.
Trend-in RİTN-ə istinadən verdiyi məlumata görə, Əfqanıstanda
"elektron hökumət"in qurulması layihəsi çərçivəsində baş tutan
görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Hər iki ölkənin müvafiq nazirlikləri və Azərbaycanın "SİNAM" LTD
şirkəti tərəfindən həyata keçirilən işlər üzrə məruzələr
dinlənilib. Bundan sonra isə Əfqanıstanın İKT sahəsində hazırkı
tələbatlarının müəyyən olunması, bu ölkənin İKT sektorunda
Azərbaycanın potensial iştirakı və sair mövzularda fikir mübadiləsi
aparılıb.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir
Vəlizadə bildirib ki, Azərbaycan və Əfqanıstan arasında inkişaf
edən əməkdaşlıq İKT sahəsinə də sirayət edib. RİTN tərəfindən lazım
olan köməyin bundan sonra da göstəriləcəyini qeyd edən nazir
müavini bu vaxta qədər görülən işləri məqsədəuyğun hesab edib.
Öz növbəsində, Əfqanıstanın rabitə və informasiya texnologiyaları
nazirinin müavini Aimal Marjan ölkəsi adından Azərbaycan tərəfinə
təşəkkürlərini çatdırıb. O, azərbaycanlı həmkarlarının böyük
dəstəyi ilə Əfqanıstanda İKT sahəsində əhəmiyyətli işlər
görüldüyünü qeyd edib. Bu əməkdaşlığın davam etdirilməsində maraqlı
olduqlarını önə çəkən nazir müavini yaxın zamanlarda müzakirə
edilən mövzularda mühüm nəticələrin əldə ediləcəyinə əminliyini
ifadə edib.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO