Qurban Yetirmişlidən zəlzələ AÇIQLAMASI
Bizi izləyin

Qırmızı.az

Qurban Yetirmişlidən zəlzələ AÇIQLAMASI

Bu gün günorta saatlarında Şamaxıda baş verən zəlzələdən sonra azı 15 afterşok qeydə alınıb. Bundan sonra da yenidən təkanların olmasını gözləyirik.

Bu sözləri Publika.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

“Bu zəlzələ Rixter şkalası üzrə 4.6 baldır və zəif təkan deyil. Bu zəlzələni orta-güclü hesab etmək olar. Amma dağıntıların olması gözlənilmir. Çünki zəlzələ dağlıq ərazidə olub. Zəlzələ ocağına ən yaxın kənd Zarat Xeybəridir, orada da evlərin hamısı dağların üzərindədir, özülü möhkəmdir”.

Q.Yetirmişli bu zəlzələnin gözlənilən olduğunu deyib:

“Zəlzələ və ondan sonra baş verən təkanların dərinliyinə əsasən səthi zəlzələdir. Şamaxı respublikanın ən seysmogen zonasıdır. Ona görə də orada hər zaman belə zəlzələlər gözləniləndir. Elə gün olmur ki, orada təkanlar baş verməsin”.

Q.Yetirmişli onu da bildirib ki, zəlzələ yalnız Şamaxıda deyil, ətraf rayonlarda da hiss edilib:

“Altıağac, Siyəzən, Quba, Qəbələ, İsmayıllıda hiss edilib. Şamaxı-İsmayıllı arasında dərinlik qırılması baş verir, İsmayıllı istiqamətində zəlzələ daha az hiss olunur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm