Qırmızı.az
Dövlət Yol Polisi sürücülərə təşəkkür etdi
Avropa Oyunları ilə əlaqədar respublika yollarında görülən təhlükəsizlik tədbirləri nəticəsində yol-nəqliyyat hadisələrinin sayı kifayət qədər azalıb.
Bunu Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Şöbə rəisi qeyd edib ki, təkcə may ayında respublika üzrə ölümlə
nəticələnmiş qəzalarda ölənlərin sayı ötən ilin analolji dövrü ilə
müqayisədə 50 fakt azalıb. Hələlik xəsarət alanlarla bağlı yekun
statistika hazır olmasa da, əminliklə demək olar ki, onların
sayında gözəçarpacaq dərəcədə azalma müşahidə olunub.
K.Əliyev Avropa Oyunları ilə əlaqədar yollardakı vəziyyət və nəqliyyatın hərəkəti ilə bağlı edilmiş müraciətlərə hörmətlə yanaşan sürücülərə, digər hərəkət iştirakçılarına Baş Dövlət Yol Polisi İdarəsi adından təşəkkür edib: “Biz müraciətlərə hörmətlə yanaşan, qayda-qanuna əməl edən bütün sürücülərimizə təşəkkür edirik. Bir daha əmin olduq ki, intizamlı sürücülərimizin sayı intizamsız sürücülərin sayından qat-qat yüksəkdir”.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO