DGK: “Gömrük xidmətinin müasirləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edilib”
Bizi izləyin

Qırmızı.az

DGK: “Gömrük xidmətinin müasirləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edilib”

Bu gün Dövlət Gömrük Komitəsində ölkəmizə səfər edən Oman Kral Polisinin Gömrük Departamentinin nümayəndə heyəti ilə görüş keçirilib.

Publika.az-ın məlumatına görə, görüşdə Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev Azərbaycan gömrük sahəsində son illərdə innovasiya texnologiyalarının tətbiqi və gömrük xidmətinin müasirləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. İdarə rəisi bildirib ki, DGK əldə etdiyi bu təcrübə və bilikləri qonşu ölkələrlə də paylaşır. Belə ki, ÜGT-nin təşəbbüsü əsasında Azərbaycan gömrük xidmətinin əməkdaşları Asiya və Sakit okean hövzəsi ölkələrinin gömrük xidmətlərinin müasirləşirilməsi istiqamətində və yeni innovasiya texnologiyalarının tətbiqi sahəsində fəal iştirak edirlər. İqbal Babayev qeyd edib ki, Azərbaycan Gömrük Xidməti Qazaxıstan, Özbəkistan, Makedoniya və Ukrayna kimi dövlətlərə gömrük xidmətində informasiya texnologiyalarının tətbiqi məsələlərinin diaqnostikası və gömrük xidmətinin modernizasiyası layihələrinin hazırlanmasında köməklik göstərib.

Oman Kral Polisinin Gömrük Departamentinin baş direktorunun müavini Xəlifə Əlsiyabi Oman Kral Polisi rəhbərliyinin səmimi salamlarını çatdıraraq Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib. Azərbaycan gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində ciddi uğurlar qazandığını diqqətə çatdıran qonaq bu təcrübənin öyrənilməsində köməklik göstərilməsindən məmnun olacaqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Dövlət Gömrük Komitəsinin Hədəf mərkəzində və Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük keçid məntəqəsində gömrük işinin təşkili və texnologiyaları ilə tanış olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm