Qırmızı.az
Məşələ görə Bakıda bu yollar bağlanacaq - XƏRİTƏ
Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının məşəli 7
iyun tarixində Bakıya qayıdacaq.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən
Publika.az-a verilən məlumata görə, 12 iyun
tarixində keçiriləcək Açılış Mərasimindən əvvəl Bakıda və Bakı
2015-in keçiriləcəyi obyektlərdə beş gün ərzində tədbirlər təşkil
olunacaq.
Bu tədbirlərlə əlaqədar olaraq, Məşəl Bakıya çatanda, xüsusilə
də 7 iyun tarixində bəzi yollarda nəqliyyatın hərəkəti
məhdudlaşdırılacaq.
Saat 17:30 – 19:30-dək bu yollarda hərəkət məhdudlaşdırılacaq:
Neftçilər prospekti K. Səfərəliyeva küçəsindən Y.Səfərov küçəsinədək; Neftçilər prospektindən Bulvar Otelədək yollar bağlı olacaq.
Saat 13:30 – 00:15-dək bu yollarda hərəkət məhdudlaşdırılacaq:
Ü.Hacıbəyli küçəsi R.Zorge küçəsindən Azadlıq prosdpektinədək olan hissəsi, Azadlıq prospekti Ü. Hacıbəyli küçəsindən Z.Əliyeva küçəsinədək, R.Behbudov küçəsi Z.Əliyeva küçəsindən Neftçilər prospektinədək, Neftçilər prospekti K.Səfərəliyeva küçəsindən “Azneft dairəsi”nə qədər, Z.Əliyeva küçəsi Azadlıq prospektindən R. Behbudov küçəsinədək, R.Zorge küçəsi Ü. Hacıbəyli küçəsindən Neftçilər prospektinədək hissə bağlı olacaq.
Saat 20:00 – 22:00-dək bu yollarda hərəkət məhdudlaşdırılacaq:
Neftçilər prospekti “Azneft” dairəsindən Neftçi Qurban küçəsinədək, Neftçilər prospekti Neftçi Qurban küçəsindən Bayraq meydanınadək olan ərazi bağlı olacaq.
Yol polisi bağlanacaq yollara qovuşacaq yollarda hərəkət edən nəqliyyat vasitələrini alternativ yollara yönləndirəcək.
Qeyd olunan bütün küçə və yollarda parklanma səhər saat 6:00-dan gecə saat 00:15-dək qadağan olunacaq.
Gülnar
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?