Bakıda bu yol da açıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda bu yol da açıldı

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri çərçivəsində bağlı olan Akademik Şəfayət Mehdiyev küçəsinin Akim Abbasov küçəsinin kəsişməsindən Tbilisi prospektinin kəsişməsinədək olan hissəsində nəqliyatın hərəkəti tam olaraq bərpa olunub.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində küçənin 1200 metrlik hissəsinin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib, ümumilikdə 22 min kvadrat metr sahədə asfaltlanma işləri aparılıb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub.

Qeyd edək ki, Akademik Şəfayət Mehdiyev küçəsinin ümumi uzunluğu 1700 metr, eni ortalama 18 metrdir. Ümumilikdə küçə boyu 30 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib, 3 min paqon-metr yeni səki daşı düzülüb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm