Ölkəni silkələyən xəbərə RƏSMİ AÇIQLAMA - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ölkəni silkələyən xəbərə RƏSMİ AÇIQLAMA - VİDEO

İki gündür ölkəni silkələyən daha bir xəbər isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından gəldi. Həmişə olduğu kimi biliyi qiymətləndirən orqan, təhsil komissiyası biliyi verən Təhsil Nazirliyinin işin bəyənmir. Birncilər hələlik rəqəmələrlə danışırlar. Necə olur ki, paytaxt məzunlarının çoxu riyaziyyat və ana dilindən 2 qiyməti alıb. Təhsil sahəsini araşdıranlar isə bunun qüsurunu daha çox test sistemində görürlər.


ANS TV-nin məlumatına görə, paytaxt məktəblərinin 9 və 11-ci sinifləri arasında keçirilən buraxılış imtahanlarında şagirdlərin 50 faizdən çoxu aşağı nəticə göstərib. Söhbət imtahanlardan "2" - "3" qiymət alanların say nisbətindən gedir. Özü də aşağı göstərici ana dili və riyaziyyat fənləri üzrə qeydə alınıb.

Belə ki, 9-cu sinifdə Azərbaycan bölməsi üzrə imtahan verən şagirdlərin 55.85%-i ana dilindən, 57.98%-i riyaziyyatdan "2" - "3" qiyməti alıb.

11-ci siniflərdə isə 9-a nisbətən göstərəci bir qədər yüksəkdir. Azərbaycan bölməsi üzrə 45.67%-i ana dilindən, 35.39%-i isə riyaziyyatdan "2" - "3" qiyməti alıb. Hər iki siniflərin rus bölməsi eyni fənlərin nəticəsi də Azərbaycan bölməsi ilə oxşardır.

TQDK-nın mətbuat katibi Elnur Nağızadə məsələ ilə bağlı açıqlama verdi: “Hələlik onu demək olar ki, Bakı şəhəri üzrə nəticələr, adətən respublika üzrə ümumi nəticələrdən daha yaxşı olur. Nəticələrdə ötən illərlə müqayisədə artım qeydə alınıb. Artıq Bakı şəhəri üzrə keçirilən buraxılış imtahanları nəticələrinə dair ümumi məlumatlar Təhsil Nazırliyinə də təqdim olunub. Bundan başqa nəticələr Təhsi İdarəsinə də təqdim olunacaq".

Buraxılış imtahanlarında "4" - "5" alanlar da az deyil. Xüsusən də ana dilindən "2" qiymət alanlar xarici dil fənni üzrə "4" - "5" alıblar. Bu isə maraq doğuran səbəblərdən biridir.

Necə olur ki, doğma ana dilindən xəbərsiz olan Azərbaycan bölməsinin şagirdləri xarici dildən yüksək nəticə göstərir.

Təhsil üzrə ekspertlər aşağı nəticəsini buraxılış imtahanlarının test üsulu ilə keçirilməsində görürlər.

Təhsil üzrə ekspert Əjdər Ağayev illərdən bəri nəticənin təkrarından belə bir qənatə gəlib ki, təqdim olunan test özünü doğrultmur: "Test yaddaşa söykənir. Biz yaddaş pedoqogiyasından təxəyyül, yaradıcılıq pedoqogiyasına keçmişik. Şagirdlərə şərait yaratmaq lazımdır ki, imtahanda öz fikrini yazıb, izah etsin”.

Təhsil Nazirliyindən isə deyirlər ki, buraxılış imtahanlarının nəticələri hələ quruma daxil olmayıb. Onlar hələ ki, göstəriciləri kütləvi informasiya vasitələrində yayılmış xəbərlərdən əldə ediblər.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə sözügendən məsələ ilə bağlı belə açıqlama verdi: “Nədənsə "2" və "3" alan məzunların statistikası birgə təqdim olunur. Amma əslində müvəffəq və qeyri-müvəffəq qiymət almaq arasında fərqlər var. Məlumdur ki, "2" qeyri-kafi, "3" kafi qiymətdir. Bunları birlikdə təqdim olunması doğru deyil”.

Qurum rəsmisi müvəffəq qiymət alanların sayının ötən illərə nisbətən bu il artdığını da qeyd etdi. O ki qaldı aşağı göstərici üzrə yekun rəyə bunu Təhsil Nazirliyi regionlarda da buraxılış imtahanları yekunlaşdıqdan sonra açıqlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm