"Nar və Ceyran" Bakını gəzdi - VİDEO
Bizi izləyin

Qırmızı.az

"Nar və Ceyran" Bakını gəzdi - VİDEO

“Bakı-2015” birinci Avropa Oyunları artıq növbəti həftə paytaxtımızda təntənəli açılış mərasimi ilə start götürəcək. İyunun 28-dək Bakıda keçiriləcək bu möhtəşəm idman bayramı müxtəlif ölkələrdən minlərlə insanı - idmançıları, tamaşaçıları, paytaxt sakinlərini, ölkəmizə gələn minlərlə qonağı öz ətrafında birləşdirəcək. Bu təntənəyə daha az bir vaxt qaldıqca bayram sevinci daha da artır.

Publika.az xəbər verir ki, bu ərəfədə “Bakı-2015” birinci Avropa Oyunlarının simvoli olan Nar və Ceyran sakinlər arasında olub və ilk dəfə keçiriləcək Avropa Oyunlarının sevincini sakinlər və şəhərimizin qonaqları ilə birlikdə yaşayıb.

“Bakı-2015”in simvoli olan Nar və Ceyranın paytaxt sakinləri və şəhərimizin qonaqları ilə videoçarxını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm