Bu yollardan keçməyin
Bizi izləyin

Qırmızı.az

Bu yollardan keçməyin

Bakıda bu yollarda iyulun 3-dək nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a verilən məlumata görə, l Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar iyulun 3-ə qədər Atletlər və Media kəndlərini əhatə edən avtomobil yollarında - Heydər Əliyev prospekti ilə 4-cü uzununa küçəsini birləşdirən “Koroğlu” metro stansiyası ilə Atletlər kəndi arasındakı yolda, Heydər Əliyev prospekti ilə 4-cü uzununa küçəsini birləşdirən Atletlər kəndi ilə Media kəndi arasındakı yolda, Heydər Əliyev prospekti ilə 4-cü uzununa küçəsini birləşdirən Media kəndinin yanından keçən yeni yolda və Heydər Əliyev prospektinin şəhər mərkəzi istiqamətindəki kənar hərəkət hissəsinin “Koroğlu” metro stansiyasından Media kəndinin sonunadək bir hərəkət zolağında I Avropa Oyunlarında istifadə olunacaq və xüsusi təyinatlı nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm