Sabah yağış yağacaq - HAVA PROQNOZU
Bizi izləyin

Qırmızı.az

Sabah yağış yağacaq - HAVA PROQNOZU

İyunun 8-də Bakıda və Abşeron yarımadasında gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 24-28 dərəcə isti olacaq.

Dəniz suyunun temperaturunun Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20, Türkan, Hövsan, Şıx, Sahildə 20-21 dərəcə isti olacağı ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm