Elektrik enerjisi istifadəçiləri yeni kod alacaq
Bizi izləyin

Qırmızı.az

Elektrik enerjisi istifadəçiləri yeni kod alacaq

"Azərişıq" ASC bütün abonentləri üçün 15 rəqəmli kod tətbiq edir.

Trend-in məlumatına görə, bunu ASC-nin elektron xidmətlər üzrə şöbəsinin müdiri Vüqar Həşimov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təşkil edilmiş brifinqdə deyib.

Hazırda ölkədə elektrik enerjisi istifadəçiləri 11 rəqəmdən ibarət fərdi kodlara malikdirlər: “Söhbət 11 rəqəmli abunəçi kodunun 15 rəqəmli ilə dəyişdirilməsindən gedir. Hələlik yeni kodlar Bakının Mehdiabad, Bağlar, Fatmayi və Novxanı qəsəbələrində tətbiq edilir”.

V.Həşimov həmçinin qeyd edib ki, vahid 15 rəqəmli kodun tətbiqi “Azərişıq” ASC-nin əvvəl istifadə etdiyi SQL verilənlər bazasının ORACLE sisteminə birləşdirilməsindən sonra mümkün olub: “Bu gündən etibarən yeni sistemə keçid Sumqayıt şəhərində başlayacaq. Sonra isə bütün rayonlar və yaşayış məntəqələri mərhələli şəkildə yeni sistemə keçiriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm