DİQQƏT: Bu gün bu yollar bağlı olacaq
Bizi izləyin

Qırmızı.az

DİQQƏT: Bu gün bu yollar bağlı olacaq

Azərbaycanda keçirilən “Bakı - 2015” İlk Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar Bakıda bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, aşağıda qeyd olunan yollarda 12 iyun günorta saat 16:00-dan 13 iyun gecə saat 02:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək

Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməsinədək.

Bu yol bağlanmaları və Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün Bakı 2015 internet səhifəsi (www.baku2015.com); Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsilə əlaqə saxlamağınız xahiş olunur.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm