Bu yollar bağlandı -TƏCİLİ SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu yollar bağlandı -TƏCİLİ SİYAHI

Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimi günü bir sıra yollar bağlı olacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, 12 iyunda aşağıda qeyd olunan yollarda saat 16.00-dan, növbəti gecə saat 02.00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək,

Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək,

Bu yol bağlanmaları və Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:

- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);

- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;

- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri;

- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts),

Daha ətraflı məlumat üçün isə 141 Qaynar Xəttinə zəng edə bilərsiniz.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm