İmran Cəfərzadə martın 8-də vətənə dönəcək
Bizi izləyin

Qırmızı.az

İmran Cəfərzadə martın 8-də vətənə dönəcək

Nabranda istirahət edərkən su nasosunda ayağını itirən 3 yaşli İmran Cəfərzadədən, nəhayət hamının intizarına son qoyan xəbər var.

Nabranda istirahət edərkən su nasosunda ayağını itirən 3 yaşli İmran Cəfərzadədən, nəhayət hamının intizarına son qoyan xəbər var.

Almaniyada müalicə alan balaca İmranın reablitasiyası tam başa çatıib. Uzun müddətli müalicədən sonra İmran Cəfərzadə artıq sərbəst şəkildə gəzə bilir. İmran bir gündən sonra 8 martda vətənə dönəcək. Bibisi Fidan Baxşiyevanın ANS-ə verdiyi məlumata görə, İmranın sağ ayağına protez taxılıb, sol ayağında isə bir qədər əyrilik qalsa da, bu, onun gəzməsinə mane olmur. Həkimlər gələcəkdə bu əyriliyin əməliyyatla tam aradan qaldırılacağını deyib.

Xatırladaq ki, ötən ilin iyul ayında Nabranın istirahət mərkəzlərindən birinin akvaparkında nasos sistemi 2 yaşlı İmran Cəfərzadənin bir ayağını üzmüş və digərini isə zədələmişdi. Ölkə başçısının göstərişi əsasında Heydər Əliyev Fondunun maliyyə dəstəyi və Azərbaycanın Almaniyadaki səfirliyinin təşkilatçılığı ilə Charite klinikasında müalicə alirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm