Çaylardakı son vəziyyət
Bizi izləyin

Qırmızı.az

Çaylardakı son vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin çaylarda son vəziyyəti açıqlayıb.

ETSN-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-100, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.

İyunun 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 21 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 320 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 252 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 151 m3/s olmaqla, ongünlük normanın 89 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 79 m3/s təşkil edərək ongünlük normanın 47 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 10 sm azalma, Bankədə 2 sm artım qeydə alınıb, Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 310 sm, Şirvanda 133 sm, Salyanda 70 sm, Bankədə 179 sm, Araz çayının Novruzlu məntəqəsində isə 30 sm təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm