Bakı-Xırdalan-Sumqayıt dəmir yolu nə vaxt istifadəyə veriləcək?
Bizi izləyin

Qırmızı.az

Bakı-Xırdalan-Sumqayıt dəmir yolu nə vaxt istifadəyə veriləcək?

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun əsaslı təmiri davam edir. Artıq işlərin müəyyən hissəsi yekunlaşıb.

Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, hazırda ərazidə yeraltı keçid tikilir. Tikinti işləri başa çatan kimi abadlaşdırma işləri aparılacaq.

“Yolun çəkildiyi ərazidə 40-dan çox məcburi köçkün məskunlaşmışdı. Yolun tikintisinin davam etməsi üçün onlar köçürülməli idi. Artıq məcburi köçkünlərlə razılıq əldə edilib. Onlara köçürməyə görə, kompensasiya ödəniləcək. Vəsait onların hesabına köçürüldükdən sonra onlar ərazidən köçürüləcək. Daha sonra orada yenidənqurma işləri aparılacaq”.

N.Əzməmmədov dəmir yolunun nə vaxt istifadə veriləcəyinə də aydınlıq gətirib.

“Işlər böyük həcmli olduğuna görə, bu müəyyən vaxt aparacaq. Yeni tədris ilinə qədər işləri başa çatdırmağı planlaşdırırıq”.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm