Qadınların əmək hüquqlarının təbliği ilə bağlı tədbir keçirilib
Bizi izləyin

Qırmızı.az

Qadınların əmək hüquqlarının təbliği ilə bağlı tədbir keçirilib

“Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadınların əmək hüquqlarının qorunması” layihəsini həyata keçirir.

Publika.az-ın məlumatına görə, layihənin məqsədi cəmiyyəti qadınların əmək hüquqları barədə maarifləndirmək və bu hüquqların müdafiəsini gücləndirməkdir. Layihə qadınların əmək hüquqlarının qorunması sahəsində mövcud olan milli və beynəlxalq qanunvericiliyin təbliğindən, əmək qanunlarının ictimaiyyətə çatdırılmasından, qanunun aliliyinin müdafiəsindən bəhs edir.

Cəmiyyətdə qadınların əmək hüquqlarının təbliğinə kömək etmək, qadınların əmək münasibətləri ilə əlaqədar qarşılaşdıqları problemlərə dəstək olmaq üçün təşkilat hüquqi maariflənmə tədbirlərini icra edir. Keçirilmiş növbəti tədbir zamanı İctimai Birliyin sədri Xanım Əhmədzadə layihənin məqsədi, vəzifələri və görülmüş işlər barədə məlumat verərək bildirib ki, müstəqil Azərbaycanda qadın hüquq və azadlıqlarının müdafiəsinin cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir: “Qadınların digər hüquqları ilə yanaşı əmək hüquqlarının da qorunması milli qanunvericilikdə, eyni zamanda Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq konvensiyalarda geniş təsbit olunub. Əksər hallarda qadınlar əmək hüquqlarını qədərincə bilmədikləri səbəbindən hüquqi mübahisə yaranır və uzun müddət davam edən məhkəmə çəkişmələri ilə qarşılaşırlar, nəticə etibarı ilə iş yerlərini, əmək haqlarını və ən əsası isə vaxtlarını itirməli olurlar.

Halbuki vaxtında əmək müqaviləsinin bağlanması və qaydası, müddəti, əmək məzuniyyətinin verilməsi, rəsmiləşdirilməsi və digər bu kimi hüquqi aktlardan xəbərdar olmaqla xoşagəlməz situasiyaların qarşısını ala bilərdilər. Araşdırmalar göstərir ki, hazırda qadınların əmək hüquqlarının pozulması ilə əlaqədar əsas narazılıqlar işə qəbul zamanı hamiləliyə, yaşa görə məhdudiyyətlər, iş yerində intensiv ixtisarlar, istirahət günlərində işə cəlb olunma, ezamiyyətlərin məhdudlaşdırılması ilə bağlıdır. Eyni zamanda həmkarlar ittifaqlarının qadınların əmək hüquqlarının qorunmasında rolu və müdaxiləsi zəifdir. Belə halların aradan qaldırılması məqsədi ilə hüquqi maariflənmə tədbirlərinin həyata keçirilməsi daha aktualdır və layihənin qadınların əmək hüquqlarının daha etibarlı müdafiəsinə dəstək olacağına inanırıq”.

Tədbir zamanı iştirakçıların sualları cavablandırılıb, onların əmək hüququ ilə bağlı qarşılaşdıqları problemləri həll etmək üçün təcrübəli hüquqşünas tərəfindən hüquqi yardım göstərilib, məsləhətlər verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm