Turizmə Dəstək Gənclər Assosiasiyası tədbir keçirdi
Bizi izləyin

Qırmızı.az

Turizmə Dəstək Gənclər Assosiasiyası tədbir keçirdi

“Turizmə Dəstək Gənclər Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Biznesin inkşaf etdirilməsində gənclərə dəstək” adlı layihə çərçivəsində ilk tədbiri keçirib.

Publika.az-a daxil olan məlumata görə, 23-24 may 2015-ci il tarixlərində Saatlı rayonunda həyata keçirilən tədbirdə rayon ictimaiyyət nümayəndələri, ziyalılar, turizm obyektlerinin nümayəndələri, gənc fermerləl, yuxarı sinif şagirdləri, tələbə və ictimai fəal gənclər iştirak ediblər. Tədbirdə çıxış “Turizmə Dəstək Gənclər Assosiasiyası” İctimai Birliyinin edən sədri Pərviz Nəsirov ilk Avropa Oyunları ərəfəsində təbliğat və təşviqat üçün layihələrin icra olunması əhəmiyyətindən, qarşıda duran məqsədlərdən və görüləcək işlərdən danışıb.

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında geniş məlumat verib. Müzakirə olunan əsas mövzular regionlarda yaşayan gənc sahibkarlar, gənc fermerlərə sahibkarlıq fəaliyyəti və kənd təsərüfatı fəaliyyəti ilə bağlı qanunvericilikdən məlumatların verilməsi olub.

Tədbirdə Turizmə Dəstək Gənclər Assosasiyasının sədri Pərviz Nəsirov və digər ekspertlərin çıxışı dinlənilib. İştirakçıların sualları cavablandırılıb. Sonda iştirakçılara Təşkilatın sertifikatları təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm