Magistraturaya boş qalan yerlərə qəbulun vaxtı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Magistraturaya boş qalan yerlərə qəbulun vaxtı açıqlandı

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanların qeydiyyat müddətinin vaxtı dəyişdirilib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, regionlarda yerləşən ali təhsil müəssisələrində yekun dövlət attestasiyası iyun ayında keçirildiyinə görə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib.

Qəbul olan bakalavrların qeydiyyatı iyun ayının 29-dan iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq. Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinin avqust ayında elan olunması və həmin yerlərə müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm