TQDK dövlət sifarişinin ən çox hansı ixtisaslara olduğunu açıqladı - SİYAHI
Bizi izləyin

Qırmızı.az

TQDK dövlət sifarişinin ən çox hansı ixtisaslara olduğunu açıqladı - SİYAHI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə dövlət sifarişli yerlərin sayını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə TQDK-nın “Abituriyent” jurnalının 4-cü sayında cədvəl qeyd olunub.

Birinci ixtisas qrupu üzrə 4904 yer ayrılıb. Bu qrupda ən çox yer riyaziyyat (310) və informatika müəllimliyi (280) ixtisaslarına ayrılıb. Ən az yer isə Kosmik Texnika mühəndisliyi (10), poliqrafiya mühəndisliyi (10) və avtonəqliyyat istehsalatının təşkili (10) ixtisaslarına ayrılıb.

İkinci ixtisas qrupu üzrə ümumilikdə 1948 yer ayrılıb. Bu qrupda ən çox yer sənayenin təşkili və idarə edilməsi (240), ən az yer isə hidrometeorologiya(20), nəqliyyat servisi (20) ixtisaslarına ayrılıb.

Üçüncü ixtisas qrupunda 2711 yer ayrılıb. Bu qrupda ən çox yer ibtidai sinif müəllimliyi (500), ən az yer isə Bədii yaradıcılıq və ekran dramaturgiyası (5) ixtisası üçün müəyyən edilib.

Dördüncü ixtisas qrupunda 938 yer ayrılıb. Ən çox yer kimya müəllimliyi (210) və müalicə işi (210) ixtisaslarına, ən az yer su bioehtiyatları və akvabitkilər (10) ixtisaslarına ayrılıb.

Bu ildən yaradılan beşinci ixtisas qrupuna isə 696 yer ayrılıb. Onlardan ən çox yer bədən tərbiyəsi və idman (276), ən az yer heykəltəraşlıq (6) ixtisasına ayrılıb.

Ümumilikdə, bu il dövlət sifarişli yerlərin sayı 11 197-dir.

Qeyd edək ki, bu il ümumilikdə bakalavriat səviyyəsində 39 497 plan yeri ayrılıb. Ötən tədris ilinin faktiki qəbuluna nisbətən növbəti tədris ili üçün bakalavriat səviyyəsinə qəbul planı 4,6 faiz artırılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm