TQDK onlayn sınaq imtahanı keçirir
Bizi izləyin

Qırmızı.az

TQDK onlayn sınaq imtahanı keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirir.

TQDK-dan Publika.az-a verilən məlumata görə, qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə (https://eservices.tqdk.gov.az/sinaq/cards.aspx) əldə etmək olar. Namizədlər əldə etdikləri iş nömrəsi və şifrdən istifadə etməkləeservices.tqdk.gov.az/sinaq/ səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm