İki gün hava küləkli olacaq
Bizi izləyin

Qırmızı.az

İki gün hava küləkli olacaq

Bakıda iyulun 2-sü gündüzə kimi hava küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, iyulun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Belə küləkli hava şəraiti iyulun 2-i gündüzə kimi davam edəcək.

Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 1-də hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40 dərəcə isti olacaq. Dağlarda havanın temperaturu gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm