Kürdə daşqın xəbərdarlığı: Azərbaycana təsiri olmayacaq - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Kürdə daşqın xəbərdarlığı: Azərbaycana təsiri olmayacaq - RƏSMİ

Kürün Gürcüstandan keçən hissəsində mühafizə şitlərinin açılması çayın Azərbaycan hissəsinə təsir etməyəcək.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, iyunun 14-də Gürcüstan ərazisində baş verən daşqın Kürün Azərbaycan hissəsində hiss olunmamışdı.

“Yenidən belə bir hal baş versə, bu, Kürün Azərbaycan hissəsinə təsir etməyəcək. Bundan başqa, Gürcüstan tərəfdə elə böyük bir su anbarı yoxdur ki, onun açılması Azərbaycan ərazisinə təsir etsin. Çünki Kür çayında ən böyük su anbarı Azərbaycan ərazisində yerləşir”.

Məlumatda bildirilir ki, iyul və avqust aylarında Kür çayında suyun səviyyəsi ən aşağı vəziyyətdə olur. Hazırda da çayda suyun səviyyəsi digər aylarla müqayisədə aşağıdır. Kənar təsirlərlə suyun səviyyəsi qalxsa belə, bu ciddi problemə səbəb olmayacaq.

Kürdə ən yüksək səviyyə aprel, may aylarında olub. Hazırda narahatlığa əsas yoxdur.

Qeyd edək ki, ötən gün Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyi paytaxt Tbilisidəki Ortaçala Su Elektrik Stansiyasında (SES) mühafizə şitlərinin açılacağı, bununla da Kür çayında suyun səviyyəsi xeyli yüksələcəyi və su axını daha da sürətlənəcəyi barədə xəbərdarlıq yayıb. Məlumatda o da vurğulanıb ki, Kürdə suyun səviyyəsinin qalxması çayın Azərbaycan hissəsində də hiss olunacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm