Qırmızı.az
Millət vəkili fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgidə - FOTOLAR
“Fiziki məhdudiyyəti olan istedadlı insanların cəmiyyətə inteqrasiyasına dəstək” layihəsi çərçivəsində fiziki imkanları məhdud şəxslərin əl işlərinin nümayiş olunduğu sərgi təşkil edilib.
Publika.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva “İstedadlı Əlillər” İB-i tərəfindən fiziki imkanları məhdud şəxslər üçün təşkil olunmuş tədbirdə onların əl işlərinin nümayiş olunduğu sərgini gəzib, onların hər biri ilə ayrıca görüşərək söhbət edib, qayğıları ilə maraqlanıb və istedadlı gənc əlillərin satışa çıxarılan işlərdən bəzilərini alıb.
Layihə haqqında millət vəkilinə ətraflı məlumat verən “İstedadlı Əlillər” İB-nin sədrləri Cavad və Qubad Qasımovlar layihənin fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası ilə bağlı problemlərə həsr olunduğunu bildiriblər. Qeyd olunub ki, layihə çərçivəsində fiziki məhdudiyyəti olan şəxslərin yaradıcılıq imkanları, bilik və bacarıqlarının müəyyənləşdirilib inkişaf etdirilməsi və üzə çıxarılması işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə, layihə iştirakçılarında sosial aktivliyin yaradılması, onların sosial aktiv vətəndaş kontingentinə adaptasiyası missiyası da görüləcək işlər siyahısında yer alıb.
Qənirə Paşayeva əlillərin cəmiyyətimizin bərabərhüquqlu üzvü olduqlarını, onların prezident tərəfindən daim diqqətdə saxlanıldığını, dövlətimizin daima əlillərə yüksək səviyyədə qayğı və diqqət göstərdiyini deyib və ona verilmiş "əlillərin dostu" mükafatına layiq olmağa çalışacağını bildirib. Millət vəkili tədbirdə iştirak edən bütün əlillərə özününmüəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib.
Gülnar
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR