Zəvvarların Həccə gedəcəyi tarix açıqlandı
Bizi izləyin

Qırmızı.az

Zəvvarların Həccə gedəcəyi tarix açıqlandı

Zəvvarların Həcc ziyarətinə yola salınacağı vaxt bəlli olub.

Qafqaz Müsəlmanları İdarəsindən Publika.az-a verilən məlumata görə, ziyarət üçün zəvvarların yola salınmasına sentyabrın 11-dən başlanılacaq.

Bu proses sentyabrın 15-dək davam edəcək. Zəvvarların geri dönüş vaxtı hələ ki bəlli deyil.

QMİ-dən onu da bildirdilər ki, hələ ziyarət üçün nəzərdə tutulmuş kvota tam dolmayıb. Ziyarət üçün sənəd qəbulu davam edir. Ziyarətə getmək istəyən zəvvarlar müraciət edə bilərlər. Hazırda 300 yer qalıb.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır.

Zəvvarların ziyarətdən əvvəl hər hansı infeksion xəstəliklərə qarşı peyvənd edilməsinə gəldikdə, QMİ-dən bildirdilər ki, bu barədə hələ yekun qərar verilməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm