Qoroskop
Astroloji proqnoz - 31 iyul
QOÇ - O qədər də uğurlu vaxt deyil. Ətrafınızda olanlar əsəblərinizi tarıma çəkməyə çalışacaq. Əgər bu maneələrdən qurtulmaq istəyirsinizsə, təmkin göstərin. "Hirsli başda ağıl olmur" axı.
BUĞA - Adi bir tarix yaşamalı olacaqsınız. Hansısa müvəffəqiyyət və ya uğursuzluq gözlənilmir. Yaxşısı budur, adi istirahətlə məşğul olasınız. Bütün təkliflərdən imtina edin.
ƏKİZLƏR – Nahara qədər ovqatınızda baş qaldıran xoşagəlməzliklər qarşıya qoyduğunuz məqsədlərə yetişməyə mane ola bilər. Riskli işlərdən yayının. Sonrakı müddətdə isə dəstək alacağınız mümkündür.
XƏRÇƏNG - Maliyyə problemlərinin bolluğuna baxmayaraq, ulduzlar digər məsələlərdə yardımçınız olacaq. Günün ikinci yarısında isə sevindirici təsadüflərlə rastlaşmağa hazır olun.
ŞİR - Təəssüf ki, bir qədər gərgin gün yaşaya bilərsiniz. Bu səbəbdən də hətta su içəndə belə, ayıq-sayıqlıq göstərməlisiniz. Əsəblərinizi və daxili orqanlarınızı qoruyun ki, hədəfə çatmağa gücünüz yetsin.
QIZ - Səhhətinizlə bağlı diqqətli olun. Yersiz sıxıntılar heç də xilas yolu deyil. Ailə-sevgi münasibətlərini tənzimləməyə çalışın. Maddi problemlərinizin tezliklə həll olunacağına inanın.
TƏRƏZİ - Nəzərdə tutduğunuz planların ləng inkişafına görə usanmayın. Ən azı ona görə ki, Göy qübbəsi bu gündən etibarən şəxsi işlərinizdə böyük dönüşə yiyələnəcəyinizi bəyan edir.
ƏQRƏB - Nə qədər çətin olsa da, ixtiyarınızda olan bu təqvimdə neytral olmalısınız. Əks təqdirdə böyük qanqaraçılıq gözlənilir. Ələlxüsus da, pul haqq-hesablarında gözləmə mövqeyi tutun.
OXATAN - Saat 13-15 aralığını nəzərə almasaq, bu təqvimi kifayət qədər xoş ovqatla başa vura biləcəksiniz. Düz yolda olduğunuz üçün mövqeyinizdə bərk dayanın. Amma sərtlik də göstərməyin.
OĞLAQ - Hansısa xoşagəlməzliyi gözləməyə dəyməz. Əksinə, bu proqnozu oxuyan kimi aktivliyinizi artırmalısınız. Saat 15-18 arası sürprizlərlə rastlaşma ehtimalınız böyükdür. Riskə dəyər.
SUTÖKƏN – Baxmayaraq ki gecə saatlarından Ay bürcünüzdədir, uğurlu bir gün yaşayacaqsınız. İstər şəxsi büdcənizi artırmaqda, istərsə də qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə olacaq.
BALIQLAR - Mistikaya qətiyyən varmayın. Xurafata uymaqdansa müqəddəs ziyarətgahlara baş çəkin. Hər hansı çılğınlıq, risk və lazımsız adamların işinə müdaxilələr məsləhət deyil.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO